Yuxarı

“Sobranie” Bakıda müharibəyə görə bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tabaterra” QSC “Sobranie” siqaretlərinin işbazlar tərəfindən bahalaşması barədə xəbərə reaksiya verib.

Qurumdan Axar.az-a verilən məlumata görə, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır. Lisenziya əsasında istehsal etdiyimiz beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin mart ayına kimi həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalların fabrikimizə təchizatı mart ayından etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir.

Bildirmək istərdik ki, qeyd etdiyiniz “Sobranie” və “Vinston” ticarət markaları Japan Tobacco International şirkətinə məxsusdur. “Vinston” markalı məhsullar şirkətimiz tərəfindən 2019-cu ildən, “Sobranie” markalı məhsullar isə 2021-ci ildən fabrikimizdə istehsal olunur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir. Qeyd etmək istərdik ki, yuxarıda qeyd olunan çeşidlər üzrə də xammal təchizatı üçün mənbə artıq təyin olunmuş və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan xammallar müəssisəmizə göndəriləcəkdir.

Eyni zamanda bildiririk ki, müəssisəmiz tərəfindən istehsal olunan digər çeşidlərin tədarükündə heç bir problem yoxdur və davamlı şəkildə bazara təqdim olunmaqdadır”.

Qeyd edək ki, Bakıda artıq bir neçə gündür bəzi siqaret markaları marketlərə verilmir, köşklərdə isə 25% bahasına satılır.

Tarix
2022.05.15 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

60-dan çox vətəndaşımız sərhədi keçdi - XİN

İrandan növbəti antiazərbaycan isterikası...

Zəngəzur dəhlizini unudun... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla