Yuxarı

AQTA-dan sahibkarlara xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA-dan sahibkarlara xəbərdarlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir.

AQTA-dan Axar.az-a verilən məlumata görə, sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər. Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.

AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır:

"Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir".

Tarix
2022.05.24 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla