Yuxarı

Azərbaycan yeni optik nişangahların istehsalına başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yeni optik nişangahların istehsalına başlayır

Azərbaycan bu il 3 adda yeni optik sistemlərin, o cümlədən termal nişangahın istehsalına başlayacaq.

"Axar.az" xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyindən məlumat verilib.

Artıq müvafiq məhsulların istehsalı üçün müəssisədə istehsalat sahəsi yaradılıb və zəruri olan bütün sistem qurulub. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında istehsal ediləcək və bu şirkətin BOA adlı termal nişangahının Azərbaycan analoqu olacaq.

Müəssisə yaxın perspektivdə 3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin istehsalını həyata keçirməyi planlaşdırır.

Azərbaycanda istehsal olunan STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm çaplı "İstiqlal" və 12,7 mm çaplı "Mübariz" snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur.

Hazırda İstehsalat Birliyinin "Alov" zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər var.

Tarix
2014.01.15 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla