Yuxarı

Qanlı Sumqayıt qəzasının səbəbi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanlı Sumqayıt qəzasının səbəbi bilindi

Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub.

Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Qəhrəmanov Vasif İmran oğlunun Ans press-ə verdiyi məlumata görə, mikroavtobusda 16 sərnişin olub.

Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib.

Xəsarət alanlardan Quliyeva Ofeliya və adı hələ ki, məlum olmayan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Qəza zamanı 3 nəfərin ayağı kəsilib. Birinin hər iki ayağı, digər ikisinin isə hərəsinin bir ayağı kəsilib.

Sürücü Ağakişiyev Baloğlan Güloğlan oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı deyilir.

Müstəntiq Cəsarət Bayramov hadisənin yüksək sürət və sürücünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyini deyir.

Tarix
2015.09.17 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla