Yuxarı

Şuşa ilə bağlı bu yazı 9 ölkədə dərc edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa ilə bağlı bu yazı 9 ölkədə dərc edildi

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıb.

Axar.az xəbər verir ki, “Şuşa: dünyanın mədəniyyət incisi” sərlövhəli yazı İngiltərə, İtaliya, İordaniya, İraq, Misir, Əlcəzair, Sudan, Özbəkistan və Pakistanın müxtəlif mətbuat orqanlarında işıq üzü görüb.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etdiyi diqqətə çatdırılır.

Yazıda Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarabağ bölgəsində, eyni zamanda Şuşada ciddi quruculuq işləri görüldüyü, bununla yanaşı Şuşanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi qeyd olunur.

Həmçinin Şuşanın görkəmli incəsənət xadimlərindən, şəhərin 1992-ci ildə Ermənistan tərəfindən işğal olunması, uzun illər işğal altında saxlanılmasından, işğal müddətində Azərbaycanın tarixi abidələrinin dağıdılmaslndan bəhs edilir: “...2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq.

Beləliklə, Şuşa 30 il işğal altında saxlanılan Qarabağın azadlıq, eyni zamanda ədalətin, sülhün, əminamanlığın simvoludur. Şuşa həmçinin mədəniyyət beşiyidir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsinin xüsusi anlamı var.

Xatırladaq ki, Şuşa işğaldan azad edildikdən sonra orada çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Şuşa şəhəri milli-mədəni və beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Bu gün Şuşa öz sahiblərinə qayıdıb. Şuşa inkişaf edir və dünyanın ən gözəl turistik mərkəzlərindən birinə çevriləcək. Qədim Azərbaycan şəhəri olan Şuşaya çoxsaylı xarici siyasətçilər, elm adamları, ekspertlər, jurnalistlər səfərlər edbilər. Xarici ölkələrdə fəaliyyət göstərən həmkarlarımızı Şuşaya dəvət edir və bu möhtəşəm mədəniyyət paytaxtımızı görmələrini arzulayırıq”.

Tarix
2022.07.05 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla