Yuxarı

Bakıda dördzolaqlı yolun bir hissəsi satılıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dördzolaqlı yolun bir hissəsi satılıb? - Rəsmi

Ötən gün bəzi xəbər saytlarında “Dördzolaqlı yolun bir hissəsi satılıb?” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağı qəbiristanlıq ərazisinə satılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektinin sonundan Yeni Günəşli qəsəbəsinə gedən avtomobil yolunun sağ tərəfindəki qəbiristanlıqda və ona bitişik ərazidə baş verən torpaq sürüşməsi ilə bağlı istinad divarının tikintisi işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədlərinə əsasən icra olunur.

Qeyd edək ki, istinad divarı layihəyə uyğun olaraq, eni 14 metr təşkil edən yolun 4 hərəkət zolağı saxlanılmaqla inşa edilir.

“Xahiş edirik nəzərə alasınız və avtomobil yolları, yol qurğuları ilə bağlı hər hansı bir məlumat verilməmişdən öncə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparasınız”, - məlumatda qeyd edilib.

Tarix
2022.07.06 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla