Yuxarı

Rabitə Nazirliyi qrant müsabiqəsi elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rabitə Nazirliyi qrant müsabiqəsi elan etdi

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 3-cü qrant müsabiqəsi elan edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, fond aşağıdakı prioritet istiqamətləri üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir.

Mütərəqqi proqram təminatının hazırlanması;

İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;

İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;

Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;

İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.

Müsabiqəyə təqdim olunan layihələrə dair müəlliflərdən hər bir layihənin müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olması tələb edilir. Müəlliflərdən tələb edilənlər sırasına həmçinin, bunlar daxildir:

1. Layihə "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"na uyğun tərtib olunmalıdır;

3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;

4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər.

Layihələrin qəbulu 2 oktyabr 2015-ci il tarixdən başlayır və 2 noyabr 2015-ci il tarixdə başa çatacaq. Layihələrin qəbulu üçün son tarix 2 noyabr 2015-ci il, saat 18:00-dır.

Tarix
2015.10.01 / 17:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla