Yuxarı

Lökbatandakı vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Axar.az-a bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Məlumata görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.

Tarix
2022.08.11 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rumıniya Azərbaycana başsağlığı verdi

Paşinyan qəza ilə bağlı Azərbaycana başsağlığı verdi

Təyyarə qəzası: Yardım göstərməyə hazırıq! - İsrail -

Ərdoğan Azərbaycana başsağlığı verdi

Vladanka Andreyeva Azərbaycana başsağlığı verdi

Təyyarə qəzası: uçuş heyəti sağ qalmayıb

İlham Əliyev Putinə zəng etdi

Qəzaya uğrayan təyyarədə olan uşaqların sayı...

Sadır Japarov İlham Əliyevə başsağlığı verdi

Qəzada olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradıldı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla