Yuxarı

Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici jurnalistlərin akkreditasiyası ilə bağlı qərar

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb.

Axar.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Sənədə əsasən, xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:

1. təqdim edilmiş sənədlər bu Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;

2. saxta və ya yanlış məlumat təqdim edildikdə;

3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;

4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.

Tarix
2022.08.13 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla