Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyev 2 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci, 4.3-cü, 7.1.2-ci (hər iki halda), 7.1.3-cü, 7.1.5-ci, 7.1.6-cı, 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 9.2.1-ci maddələrində və 9.2.2-ci maddəsinin 1-ci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.2-ci, 7.1.2-ci (ikinci halda), 7.1.5-ci, 8.1.1-ci maddələrində və 9.2.2-ci maddəsinin 1-ci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 7.1.2-ci (birinci halda), 8.1.2-ci, 8.1.3-cü və 9.2.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 7.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqına və digər gəlirlərə, eləcə də sığortaedənin hesabladığı məcburi dövlət sosial sığorta haqqının məbləğinə dair məlumatlara münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, sığortaedənin sığortaolunana münasibətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləğinə dair məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 7.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu qaydasını dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 762; 2006, № 12, maddə 1034; 2008, № 3, maddə 187; 2016, № 9, maddə 1464; 2019, № 5, maddə 844, № 7, maddə 1219; 2021, № 6 (I kitab), maddə 579) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci, 4.3-cü, 7.1.2-ci (hər iki halda), 7.1.3-cü, 7.1.5-ci, 7.1.6-cı, 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 9.2.1-ci maddələrində və 9.2.2-ci maddəsinin 1-ci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 4.2-ci, 7.1.2-ci (ikinci halda), 7.1.5-ci, 8.1.1-ci maddələrində və 9.2.2-ci maddəsinin 1-ci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4. həmin Qanunun 7.1.2-ci (birinci halda), 8.1.2-ci, 8.1.3-cü və 9.2.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.5. həmin Qanunun 7.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqına və digər gəlirlərə, eləcə də sığortaedənin hesabladığı məcburi dövlət sosial sığorta haqqının məbləğinə dair məlumatlara münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, sığortaedənin sığortaolunana münasibətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləğinə dair məlumatlara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 7.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.”;

3.2. 3-cü hissənin ikinci abzası ləğv edilsin.

***

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 588-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.2.3-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə yanındakı Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.2.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il

2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1420 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 824; 2020, № 9, maddə 1140) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “4.2.3-cü (hər iki halda),” sözləri əlavə olunsun və həmin bənddə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur” sözləri “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir” sözləri ilə əvəz edilsin;

2.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Qanunun 4.2.3-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə yanındakı Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”;

2.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 4.2.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 588-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Tarix
2022.08.19 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bu institut ləğv edildi

ETSN Baş Polis İdarəsi ilə əməkdaşlığa başladı

Şuşa ilə bağlı qanuna dəyişiklik edildi

İlham Əliyev: İndi bunun əsl zamanıdır!

Oktyabrda hava necə olacaq?

SOCAR-ın Bolqarıstanda nümayəndəliyi açıla bilər

Şuşa və Veliko Tırnovo şəhərləri qardaşlaşdı

Gəncədə su şəbəkələrinin inşası davam etdirilir

Baş nazirdən Media Reyestri ilə bağlı qərar

İlham Əliyev: Nəqliyyat təhlükəsizliyi önəmli məsələdir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla