Ceyranbatanda yaşayış binasında yanğın baş verdi
18:16
| Ana səhifə Toplum |
|
Gəncənin tarixi-memarlıq abidələri yerli və xarici turistlərin diqqət mərkəzində olub.
Axar.az xəbər verir ki, qədim şəhərin tarixini əks etdirən muzey və mərkəzlər bu yay çoxlu sayda turisti özünə cəlb edib.
Bu mövsümdə də Gəncənin ən çox turist qəbul etdiyi məkan Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksi olub. AzərTac məlumat yayıb ki, məqbərəni ümumilikdə 4010 nəfər ziyarət edib. Onlardan 505 nəfəri xarici turist olub. Xarici turistlər əsasən Türkiyədən, Gürcüstandan, İran və Rusiyadan gələnlərdir.
Qala qapıları Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksini isə 500 nəfərdən artıq turist ziyarət edib. Digər mədəniyyət ocaqlarına nisbətən daha gənc olan Məhsəti Gəncəvi Mərkəzi də bu yay diqqətdən kənarda qalmayıb.
|
Tarix
2015.10.04 / 22:15
|
Müəllif
Nigar İxtiyarqızı
|