Yuxarı

ABB Google Pay-lə bağlı kampaniyaya başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə yenicə təqdim olunmuş Google Pay ödəniş sisteminin faydalarını göstərmək üçün ABB yeni kampaniyaya start verib.

Axar.az xəbər verir ki, ABB-nin ödəniş kartları ilə, Google Pay sistemini dəstəkləyən mobil cihazlarla hər biri minimum 10 manatlıq, ən azı 5 ödəniş etmiş müştərilər 15 manat keşbek qazanacaqlar.

Kampaniya 15 oktyabr 2022-ci il tarixinə qədər keçərlidir. ABB-nin bütün Visa və Mastercard kartları ilə aparılmış ödənişlərə şamil olunur. Bu şərtlərə uyğun gələn ilk 10 min müştəri qalib sayılacaq. Kampaniya yalnız elektron kommersiya kanallarında, eləcə də ticarət və xidmət məkanlarındakı POS terminallarda aparılmış ödənişlərə aiddir. Hər müştəri kampaniya ərzində 15 manatlıq keşbeki yalnız bir dəfə qazana bilər.

Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən bütün cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir.

Kampaniya barədə daha ətraflı məlumatları ABB-nin internet səhifəsindən öyrənə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2022.08.24 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev onları təltif etdi

Bakı və İrəvana sülh sazişi üzərində işlə bağlı təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

Bayramovdan Zəngəzur açıqlaması: Tezliklə...

Bayramov “3+3” nazirlərinin toplantısında çıxış etdi

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

Mirzoyan: Azərbaycanla sadələşmiş sərhəd və gömrük…

Bu keçid məntəqəsinə nəzarət Ermənistana keçir

İsrail səfirliyi də Azərbaycanı təbrik etdi

Ukrayna Azərbaycana şərt qoydu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla