Yuxarı

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də növbəti dəfə Bakı Caz Festivalına start verilib. “Payızın caz improvizasiyaları: Baku Jazz 2024” adı altında keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi göstərir.

Festival oktyabrın 27-dək davam edəcək. Konsert proqramları Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Milli Konservatoriyasında, “Jolly Joker” konsert meydançasında və ADA Universitetində təşkil olunacaq.

Festivalın proqramına konsertlər, ustad dərsləri, caz ulduzları ilə görüşlər, “İpək üzərində caz” sərgisi, “Jazz & Art” animasiya eskizləri, “Best World Jazz Photo” sərgisi, Bəhram Bağırzadənin “Uşaqlar üçün caz” kitabının təqdimatı və digər tədbirlər daxildir.

Bakı Caz Festivalında ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu, amerikalı müğənni Şeril Rayley, eləcə də digər dünya ulduzları iştirak edəcək.

Bakı Caz Festivalı ənənəsinin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ardıcıl olaraq Bakı Beynəlxalq Caz Festivalına tərəfdaşlıq dəstəyi verir.

Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2024.10.18 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Kanada Azərbaycana təşəkkür etdi

İranı vururlar, əvəzində Rusiya pul qazanır - Arkov

Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla