Yuxarı

Əgər ABŞ da müharibəyə qoşulsa... - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə gərginliyin artması fonunda bir sıra KİV-lər İsraillə İran arasındakı münaqişəyə ABŞ-ın da müdaxilə edə biləcəyi ehtimalını yazıblar. Belə bir halda gözlənilir ki, Vaşinqton İranın uranı zənginləşdirdiyi yeraltı obyektlərinin məhv edilməsində əsas rol oynayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb.

Qeyd olunur ki, bu vəzifəni yerinə yetirmək demək olar ki, mütləq şəkildə ABŞ-ın xüsusi bombardmançılarının üzərinə düşəcək. Onlar 30 000 funt (13 tondan çox) çəkidə olan və yüksək dəqiqliklə hədəfə yönələn “GBU-57 E/B Massive Ordnance Penetrator” və ya qısaca MOP adlanan bombanı daşımaq iqtidarındadırlar. Bu bomba dünyada mövcud olan ən güclü qeyri-nüvə bombasıdır.

“Stealth” (radara görünməyən) B2 bombardmançısından atılan, 6 metr uzunluğundakı MOP bombası sırf kinetik güc hesabına – torpaq və qayaların sərtliyindən asılı olaraq – 60 metrdən çox dərinliyə nüfuz edə bilir və bundan sonra partlayır.

Jurnalistlərin yazdığına görə, hədəfə dəqiq yönləndirmə sayəsində nəzəri olaraq eyni nöqtəyə bir neçə belə bomba atmaq mümkündür.

Müəlliflərin fikrincə, bu, İranın yeraltı zənginləşdirmə obyektlərinin, xüsusilə də Natanz obyektinin məhv edilməsi üçün kifayət edə bilər. Bildirilir ki, bu obyekt yerin 20 metr dərinliyində yerləşir və 2 metr qalınlığında dəmir-betonla qorunur:

“Amma söhbət Fordo obyektindən gedəndə, bu bombalar bəlkə də kifayət etməyə bilər. Həmin obyekt dağın içində 90 metrə qədər dərinlikdə yerləşir”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) başçısı Rafael Qrossinin fikrincə, Fordodakı ən həssas obyektlər daha da dərində yerləşə bilər. O qeyd edib ki, orada dəfələrlə olub və oraya çatmaq üçün uzun müddət spiral formalı tunellə enmək lazım gəlir.

Tarix
2025.06.19 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan

Netanyahunun Qəzzanı işğal planı təsdiqləndi

Vaşinqton sazişi: Putin buna risk etməyəcək – Şərh

Biz tost alırıq, Bakı isə konkret dividendlər... - Surenyants

Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov

İrəvan razılaşdı: Dəhlizə 99 il onlar nəzarət edəcək

Paşinyan İncildən paylaşım etdi: Sülh yaradanlar nə bəxtiyardır

Bakı və İrəvan arasında sülh sazişi... - Rubio

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla