Yuxarı

Araz SES yenidən qurulacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə Araz SES yenidən qurulacaq.

Axar.az xəbər verir ki, bu barədə media nümayəndələrinin Araz su elektrik stansiyasına təşkil olunan mediatur zamanı məlumat verilib.

Bildirilib ki, hazırda Araz SES-in yenidənqurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq.

Qeyd edək ki, Araz Su Elektrik Stansiyası 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. Araz SES Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Elektrik enerjisinin təminatını o illərdə yalnız Araz SES təmin edirdi. Yarım əsrdən çoxdur ki, bu stansiya fəaliyyət göstərir və hazırki dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Gələn il Araz SES-in 55 illiyi Xidmət tərəfindən geniş şəkildə qeyd olunacaq.

Tarix
2024.10.18 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh danışıqları keçirilir - Foto

Fransadan buna son qoymağı bir daha tələb edirik - XİN

Bayramov Fidanla nələri müzakirə etdi? - Foto

İlham Əliyev onları təltif etdi

Bakı və İrəvana sülh sazişi üzərində işlə bağlı təklif...

Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri…

Bayramovdan Zəngəzur açıqlaması: Tezliklə...

Bayramov “3+3” nazirlərinin toplantısında çıxış etdi

Bitdi: İsrail qalib gəldiyini elan edə bilər

Mirzoyan: Azərbaycanla sadələşmiş sərhəd və gömrük…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla