Yuxarı

Nazirlik işə qarışdı: vətəndaşın pulu qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik işə qarışdı: vətəndaşın pulu qaytarıldı

GAP mağazasından aldığım kəməri qaytara bilmirdim. Hüquqlarımı qorumaq üçün Sənaye və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə zəng edib hadisə barədə məlumat verdim.

Axar.az-ın məlumatına görə, bunu Vaqif Abbasov adlı Feysbuk istifadəçisi yazıb.

Onun sözlərinə görə, şikayətini elə telefonda qeydə alıblar: "Qeydiyyatda olduğum ünvana məsələnin araşdırılacağı barədə məktub da ünvanlandı. Dövlət xidməti tərəfindən mənə zəng olunaraq araşdırma barədə məlumat verdilər.

"Retayl Qrup Azərbaycan"ın tərkibində olan mağazalar şəbəkəsinin işinə nəzarət edən əsas menecer Renat bəyə yönləndirdilər. Renat bəylə danışdıqdan sonra mağazaya yaxınlaşıb bir ay öncə 36 manata alınmış kəməri problemsiz olaraq geri qaytarıb nağd şəkildə pulu aldım".

V.Abbasov tövsiyə edib ki, mağazalarda və qəbzlərin üzərində "Məhsullar geri qaytarılmır" yazısını yığışdırsınlar: "Yaxşı deyil. Hüquqlarımızı qorumaq üçün hüquqşünas olmağa ehtiyac yoxdur".

Tarix
2015.10.14 / 01:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla