Səudiyyə husilərlə atəşkəsə razı deyil - KİV
17:48
| Ana səhifə Toplum |
|
Paytaxtda daha bir avtobus xətti istifadəyə verilir. Bir neçə gündür istifadəyə verilən bir başqa xətt isə ləğv edilib.
Axar.az Baku.ws saytına istinadən xəbər verir ki, yeni açılacaq xətdə "BakuBus" avtobusları işləyəcək. Yeni marşrut xətti "20 Yanvar"dan "Koroğlu" metro stansiyasına qədər işləyəcək.
Yeni avtobus xəttinin bir neçə günə fəaliyyətə başlayacağı gözlənilir. Bundan başqa, 2 əlavə xəttin də açılması planlaşdırılır.
Bir neçə gün öncə test olaraq xəttə buraxılan 4 saylı "BakuBus" marşrut isə hələlik dayandırılıb. "N.Nərimanov" metrosundan "Xətai" metrosu istiqamətində işləyən avtobus xəttinin perspektivi olmadığı üçün dayandırıldığı güman edilir. Hələlik həmin istiqamətdə "BakuBus"un avtobusunun olub-olmayacağı dəqiq bilinmir.
|
Tarix
2015.10.14 / 17:25
|
Müəllif
Nigar İxtiyarqızı
|