Yuxarı

DB-nin Azərbaycana xəbərdarlığı: çıxış yolu varmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DB-nin Azərbaycana xəbərdarlığı: çıxış yolu varmı?

Dünya Bankı Azərbaycanda yaxın 20-30 ildə ciddi demoqrafik krizis yaşanacağını bildirir. Belə ki, cavan nəsil xeyli azalacaq, onların yerini yaşlı nəsil alacaq.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev açıqlama verib.

O bildirib ki, boşanmalar sürətlə artır, nikaha daxil olma yaşı da artacaq və bağlanan nikah sayı azalacaq:

“Boşanmaq üçün əsasən qadınlar müraciət edir – nisbət çox kəskindir, 75%-25% kimi. Və mediasiyaya gəlib çıxan qadınların ancaq 5%-i əri ilə barışır, 95% isə boşanır. Xəyanət və zorakılıq boşanma səbəbləri içərisində 50% təşkil edir”.

Professor çıxış yolu da təklif edib:

“Ailədaxili xəyanətlərin sayını azaltmaq mümkün olmayacaq, bunun müxtəlif sosioloji səbəbləri var. Digər tərəfdən əmlak bölgüsü, aliment tələbləri ilə bağlı da boşanmalar nəticəsində kişi tərəfinə ciddi təzyiq mövcuddur.

Çıxış yolunu birgə nikah dövründə əldə olunan əmlakın rejiminin hüquqi statusunun dəyişilməsində görürəm. İnsanlar ailə qurarkən nikah müqaviləsi haqda düşünmürlər. Boşanma olanda isə bir-birinə qarşı ikrahverici iddialar qaldırırlar.

Nikah müqaviləsinin tətbiq olunmadığı yerdə avtomatik olaraq birgə əmlak rejimini tətbiq etmək lazım deyil. Ailə Məcəlləsinin müvafiq maddəsi dəyişdirilməlidir. Birgə nikah dövründə ər-arvadın əldə etdikləri əmlak birgə əmlak sayılmamalıdır. Ərinin diqqətsizliyindən, qayınananın atmacalarından, maddi çətinlikdən və ailədə olmanın məhdudiyyətlərindən bezib sərbəst həyat yaşamaq istəyənlər də var, onlar boşanıb birgə əmlakı bölməklə daha rahat olacaqlarını düşünürlər. Halbuki qanun belə bir şeyə imkan verməsəydi, xeyli mübahisələr məhkəməyə gedib çıxmazdı.

Əmlak bölgüsü tələbini bütün boşanmalarda deyil, boşanmaya haqlı səbəb olduğu zamanlarda tanımaq daha yaxşı olardı (xarici ölkələrdə tətbiq olunur). Ən azından sırf maddi çətinliklərin səbəb olduğu boşanma işlərində boşanmaya müraciət edən tərəfin əmlak bölgüsü tələb etmə hüququ olmamalıdır”.

Tarix
2022.11.05 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla