Yuxarı

Vasif Talıbovun oğlu vəzifəsindən azad edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbovun oğlu vəzifəsindən azad edildi - Video

11:55

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edildiyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə Tns.az məlumat yayıb.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru vəzifəsində çalışırdı.

Məlumata görə, Vasif Talıbovun oğlu özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Güman edilir ki, universitetdə aparılacaq yoxlamalar zamanı onu kənarda saxlamaq məqsədilə Vasif Talıbov belə bir qərar qəbul edib.

Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosentidir.

Xatırladaq ki, Seymur Talıbov 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Tarix
2022.11.30 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla