Yuxarı

Azərtac-da "təmizlik işləri" başlandı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərtac-da "təmizlik işləri" başlandı...

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunduqdan sonra qurumda “təmizləmələrə” başlanılıb. Belə ki, ötən həftə ərzində Azərtac-ın 20-yə yaxın işçisi tutduqları vəzifələrdən azad ediliblər.

Axar.az xəbər verir ki, bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə xəbər verib.

İşdən kənarlaşdırılanların agentliyin keçmiş sədri Aslan Aslanovun yaxın qohumları, dostları olduğu bildirilir.

Aparılmış yoxlamalar nəticəsində həmin işçilərin bəzilərinin iş bacarığının çox aşağı olduğu, bəzilərinin isə keçmiş sədrin şəxsi işlərinə baxdıqları müəyyən olunub. Onların yoxlamalardan sonra öz ərizələri ilə işdən çıxdığı qeyd olunur.

Mənbənin sözlərinə görə, “təmizlik işləri”nin davam edəcəyi gözlənilir. Belə ki, yaxın zamanda Azərtac-ın xarici ölkələrdəki müxbirlərinin fəaliyyəti də yenidən dəyərləndiriləcək.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov Azərtac-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib

Tarix
2022.12.04 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla