Axar.az
Yuxarı

QHT-lər Volkova müraciət ünvanladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da ölkəmizdə fəaliyyət göstərən ekoloq və fəalların bir qrupu Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.

Axar.az müraciəti təqdim edir:

Hörmətli Andrey Aleksandroviç,

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində ekoloji vəziyyətin gərginləşməsi biz ekoloqlar və aktivistləri ciddi narahat edir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il ərzində işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycana qarşı ekoloji terror törədilmiş, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilmişdir. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar halları təəssüf ki, davam etməkdədir.

Faydalı qazıntı yataqlarının qanunsuz istismarı ekoloji vəziyyəti gərginləşdirməklə mülki əhaliyə, ətraf mühitə, biomüxtəlifliyə, yeraltı və yerüstü su resurslarına, eləcə də Azərbaycanın digər ərazilərindəki ekoloji mühitə mənfi təsir göstərir.

Azərbaycanın müstəqil ekoloqlarının birləşdiyi çoxsaylı QHT-lər olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar hallarının və ekoloji vəziyyətin dəyərləndirilməsini vacib hesab edirik. Bu xüsusda bizim qeyd edilən ərazilərə səfər etməyimiz üçün təhlükəsizliyin təmin olunmasını və monitorinq keçirməyimiz üçün lazımi şərait yaradılmasını Sizdən xahiş edirik.

İmza edən QHT-lər:

1. Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyi - Azər Allahverənov

2. Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi - Anar Xəlilov

3. “Biosfer” İctimai Birliyi - Qorxmaz İbrahimli

4. “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - Samir İsayev

5. “Sağlam Həyata Doğru" Ekoloji İctimai Birliyi - Sadiq Həsənov

6. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Elman Cəfərli

7. "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyi - Səlim Balayev

8. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi - Elçin Salmanov

9. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi - Ramil İsgəndərli

10. İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi - Şəlalə Həsənova

11. Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək -Toğrul Allahverdili

12. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi - Müşfiq Ələsgərli

13. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi - İradə Rzazadə

14. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi - Faiq İsmayılov

15. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli

16. Elmi Araşdırmalar İctimai Birliyi - Telman Qasımov

17. Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi - Asəf Quliyev

18. Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi - Əhməd Abbasbəyli

19. "Səyyahlar" Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Elsəvər Cəlilov

20. “İCOMOS Azərbaycan” İctimai Birliyi - Rəşad Əliyev

21. Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi - Rəsul Cəfərov

22. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Qəmzə Yusubova

23. İslahatçı Gənclər İctimai Birliyi - Fərid Şahbazlı.

Tarix
2022.12.09 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Süleyman Soylu Azərbaycana təşəkkür etdi

SOCAR dəniz obyektlərində təhlükəsizliyi gücləndirdi

Etibar Mirzəyev Qəhrəmanmaraşdadır - Foto

Dağıntılar altından daha bir qadın sağ çıxarıldı

Daha bir marşrut xətti "BakuBus"a verildi

Zəlzələ ilə bağlı həkimlərdən ibarət heyət yaradıldı

FHN-çilər 3 nəfəri dağıntılar altından sağ çıxartdı

XİN: Zəlzələdə sənədləri itmiş şəxslər...

Baş Prokurorluğa yeni mətbuat katibi təyin olundu

Xocalıda ağır qəza: yük maşını kanala düşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla