Yuxarı

“Flaqman” kolbasasından bu dəfə zibil çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Flaqman” kolbasasından bu dəfə zibil çıxdı - Foto

Bakıda "AY-MİN" MMC, bir müddət əvvəl isə üzləşdiyi sanksiyalardan sonra adını dəyişərək "Flaqman" qoyan şirkətin kolbasasından bu dəfə zibil çıxıb.

Axar.az xəbər verir ki, müştəri aldığı "Servelat" kolbasalardan birinin içərisindən məlum olmayan qalıqlar tapıb. Bu faktı "Bizimyol.info" saytı yayımlayıb. "Flaqman" əmtəə nişanlı ət məhsulları ilə bağlı daha əvvəllər də problemlər meydana çıxıb.

Ötən il, fevralın 6-da şirkət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən cərimələnib.

Xidmət şirkətin "Krakovskaya", "Prima", "Gülüstan", "Pəhriz", "Həvəskar" kolbasalarının və "Südlü", "Kürə" sosiskalarının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığını və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğunu, eyni anbarda saxlanıldığını və eyni nəqliyyat vasitələri ilə daşındığını aşkar edib.

Qeyd edək ki, firmanın təsisçisi iki nəfərdir: Kərəm və Vüqar. Əslən Qubadan olan şəriklər dayı-bacıoğludurlar.

Tarix
2015.11.05 / 15:23
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla