Yuxarı

Cahangir Əsgərov vəzifədən çıxarılarsa... - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cahangir Əsgərov vəzifədən çıxarılarsa... - Millət vəkili

AZAL-ın fəaliyyəti ilə bağlı məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında toxunub və AZAL-ın işinin qənaətbəxş olmadığını qeyd edib.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad olunması bağlı yayılan qeyri-rəsmi xəbəri şərh edərkən bildirib.

“Prezident bu qədər gəlirləri olan qurumun dövlət dotasiyasından ciddi asılı olduğunu bildirib. Halbuki əksinə olmalıdır, AZAL büdcəyə töhfə verməlidir. Eyni zamanda parlamentdə də AZAL-ın rəhbərinin fəaliyəti ilə bağlı çox kəskin çıxışlar olub. Millət vəkillərimiz də AZAL-la bağlı narazılıqlarını ifadə edib: qonşu ölkələrlə müqayisələr aparılıb, AZAL-ın qiymət siyasəti tənqid olunub. Bir çox hallarda vətəndaşların ayrı-ayrı ölkələrə uçmaq üçün AZAL-dan deyil, xeyli məsafə qət edib, Gürcüstana getməsi və Gürcüstan aviaşirkətlərinin xidmətindən istifadə etməsini müşahidə etmişik.

Məsələyə belə yanaşanda AZAL rəhbərliyində ciddi dəyişiklərin baş verməsi, hesab edirəm ki, labüddür”, - deputat qeyd edib.

E.Nəsirovun sözlərinə görə, AZAL-a yeni rəhbərin gələcəyi təqdirdə qiymət siyasətində köklü dəyişikliyin olacağı ehtimalı yüksəkdir:

“Biz qonşu ölkələrin bu məsələlərdə yeritdiyi siyasəti də gərək nəzərə alaq. Elə etməliyik ki, bizim vətəndaşlarımız öz milli aviasiya şirkətini qoyub, başqa şirkətlərin imkanlarından faydalanmasın. Hesab edirəm ki, AZAL-ın rəhbərləyində bu və digər dəyişiklər gözləniləndir. Bu gözləntilər doğruldacağı təqdirdə, bundan xalqımız qazanmış olar”.

Tarix
2023.01.25 / 15:58
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla