Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah hava necə olacaq?

Noyabrın 11-də yarımadanın bəzi yerlərində yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Bölgələrdə isə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 11-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Tarix
2015.11.10 / 13:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla