Yuxarı

DİN-dən Nuridə Allahyarovaya etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən Nuridə Allahyarovaya etiraz

Əgər mülkü geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib avtobusdan pulsuz istifadə edirsə, bu artıq kifayət edir.

Axar.az xəbər verir ki, bu sözləri Avtosfer.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.

BakuBus MMC-nin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Nuridə Məmmədovanın mülki geyimdə olan polis əməkdaşlarının da gedişhaqqı ödəmələri ilə bağlı mövqeyinə DİN rəsmisi etiraz edib.

O.Mansurzadə bildirib ki, "Polis haqqında" Qanunun 38-ci maddəsinin 4-cu bəndinə görə, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksi və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdir:

"Bu zaman onların formada olub-olmaması heç bir əhəmiyyət daşımır. Qanunvericilikdə forma ilə bağlı hər hansı məsələ yoxdur. Əgər mülkü geyimdə olan polis əməkdaşı xidməti vəsiqəsini göstərib, avtobusdan pulsuz istifadə edirsə, bu artıq kifayət edir. Bu zaman ondan formada olmağı tələb etmək doğru deyil və sürücülərin belə bir ixtiyarı da yoxdur".

Yada salaq ki, BakuBus MMC şirkətinin sürücüləri mülkü geyimdə avtobusa minən polis əməkdaşlarından gedişhaqqı tələb edir. Bununla bağlı polis əməkdaşları bildirib ki, sürücülər onlara şirkət rəhbərliyi tərəfindən göstəriş verildiyini deyib. Qeyd ediblər ki, polis əməkdaşları yalnız uniformada olarkən gedişhaqqı ödəməkdən azaddır.

MMC-nin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri N.Allahyarova da qeyd edib ki, əgər polis əməkdaşı həqiqətən də gizli xidmətlə əlaqədar olaraq mülkü geyimdədirsə, bu zaman sürücüyə və avtobusdakı sərnişinlərə öz vəsiqəsini nümayiş etdirməsi düzgün deyil:

"Biz avtobus sürücülərinə göstəriş vermişik ki, mülkü geyimdə olan polis əməkdaşlarından gedişhaqqını ödəməyi tələb etsinlər. Amma polis formasında olanlardan heç nə tələb olunmur. Onlar vəsiqə göstərməsə də, güzəşt edilir".

Tarix
2015.11.11 / 14:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla