Yuxarı

“Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir

Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə “Zəkat, Vergi və Gömrük Konfransı” keçirilir.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Axar.az-a verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatı (ÜGT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) kimi bir sıra mötəbər təşkilatların təmsil olunduğu, müxtəlif ölkələrin vergi və gömrük orqanları əməkdaşlarının qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

“İqtisadi dayanıqlılığı təşviq etmək və təhlükəsizliyi qorumaq üçün inteqrasiya edilmiş rəqəmsal ekosistem” mövzusuna həsr edilən, 5000 nümayəndənin iştirak etdiyi iki günlük konfransda rəqəmsal həllərdən istifadə etməklə kölgə iqtisadiyyatına qarşı mübarizə, investisiya üçün əlverişli logistika mühiti, təhlükəsiz və səmərəli nəqliyyat sistemi vasitəsilə inkişaf, təhlükəsizlik və ticarətin asanlaşdırılmasında gömrüyün rolu və digər məsələlər üzrə panel müzakirələr aparılacaq, beynəlxalq ekspertlər tərəfindən təqdimatlar nümayiş etdiriləcək.

Tarix
2023.02.08 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bundan sonra heç kim bizə qarşı... - Prezident

İlham Əliyev Xocavənd kəndində sakinlərlə söhbət etdi

Daha bir qrup ukraynalı uşaq Bakıya gəldi

Prezident, xanımı və qızları Xocavənd sakinləri ilə görüşdülər

Bu ölkənin prezidentləri Azərbaycana gəlir

Bakı ilə yüz milyonlarla dollarlıq ticarət... - Papoyan

Prezident Xocalıdadır

Onların "türklər qətliam törədib" deyə təbliğat aparmaları...

İranda qarışıqlıq olarsa, Azərbaycan… - Fuad Oqtay

Əli Əsədov Fuad Oqtayla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla