Yuxarı

Hansı qeyri-islam icmaları qeydiyyatdadır? - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı qeyri-islam icmaları qeydiyyatdadır? - Siyahı

Azərbaycanda qeydiyyatı rəsmiləşən və rəsmiləşməyən dini icmalar var. Onların siyahısında qeyri-müsəlman dini icmaları da yer alıb. Amma bir sıra dini icmalar var ki, onlar qeydiyyatsız olaraq hələ də fəaliyyətini davam etdirirlər. Belələrinin sırasında Yehova şahidləri və başqa dini təriqətlərin adlarını qeyd etmək olar.

Axar.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadla qeydiyyatda olan qeyri-müsəlman dini icmaların siyahısını hazırlayıb.

Siyahıda ilk sırada Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası tutur. Həmçinin Bakı şəhəri Dağ Yəhudiləri, Bakı Krişna Şüuru, Yeni Həyat Xristian, Azərbaycan Yəhudiləri, Molokan Ruhani-xristian dini icmaları fəaliyyət göstərir.

Sumqayıt Yəhudiləri dini icması, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması, Alban-Udi Xristian dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması da qeydiyyatdan keçib.

Qobustan rayonunda Molokan Ruhani-xristian dini icması, Bakıda Bəhai dini icması, Qaxda Müqəddəs Giorgi kilsəsi gürcü pravoslav xristian dini icması, Müqəddəs Nino kilsəsi gürcü pravoslav xristian dini icması da komitənin siyahısında yer alıb.

Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, Sumqayıtda Bəhai dini icması, Oğuzda Alban-Udi Xristian dini icmasının da qeydiyyatı var.

Adı mediada hallanan və icma kimi təqdim edilən bir çox dini birliklər isə Komitənin qeydiyyatından keçməyib və qeyri-rəsmi fəaliyyət göstərir.

Tarix
2015.11.13 / 09:44
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla