Yuxarı

Son illərin ən sərt qışına hazırdırmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son illərin ən sərt qışına hazırdırmı?

"Azəristiliktəchizat" istənilən hava şəraitinə hazırdır.

Bunu Axar.az-a bu qışın son illərin ən sərt qışı olacağına dair verilən beynəlxalq proqnoza münasibət bildirən Azəristiliktəchizat ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev söyləyib. R.Əliyev bildirib ki, yaşayış binalarına verilən istiliyin dərəcəsi havanın temperaturundan asılı olaraq tənzimlənir:

"Qurum tərəfindən temperatur qrafiki müəyyənləşib. Çöldə neçə dərəcə temperatur olarsa, evlərə də buna müvafiq olaraq istilik verilir. Həmçinin qazanxananın böyük və kiçikliyindən asılı olaraq, iri rayon və məhəlli qazanxanaları fəaliyyət göstərir.

İri rayon qazanxanaları vasitəsilə 200-dək yaşayış binası və ətrafında yerləşən bağça, məktəb və poliklinikalar qızdırılır. Məhəlli qazanxanalardan isə 10-15 yaşayış binası və ətrafında yerləşən az sayda inzibatı binaların qızdırılması üçün istifadə olunur. Konkret limit yoxdur".

Yeni yaşayış binalarının istiliklə təmin olunmasına gəlincə, qurum rəsmisi bildirib ki, bunun üçün Mənzil Tikinti Kooperativləri texniki şərtlər almalıdırlar:

"Çünki istilik sistemləri layihələndiriləndə yeni yaşayış binaları mövcud deyildi. Ona görə də texniki şərtləri nəzərdən keçirilərək qazanxanalarda ehtiyat güc olduğu halda MTK-lar istiliklə təmin edilə bilər. Əks halda MTK-lar yeni fərdi qazanxanalar tikərək nasoslar quraşdırmalıdırlar".

Tarix
2015.11.20 / 10:50
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla