Yuxarı

Lisey direktoruna şiddətli töhmət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lisey direktoruna şiddətli töhmət verildi

49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Tarix
2023.03.29 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla