Yuxarı

DYP-dən sürücü və piyadalara müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sürücü və piyadalara müraciət

Bakı şəhər Dövlət Yol Polis idarəsinin rəsmisi polis mayoru Araz Əsgərli sürücülərə və piyadalara müraciət edib.

Axar.az xəbər verir ki, A.Əsgərli yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələrinin hərəkətliliyinin əsaslı şəkildə hiss olunduğunu bildirib.

O qeyd edib ki, bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir:

“İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq. Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamasından irəli gəlir.

Sürücülər, Siz yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsizsə, öz yolu ilə hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxır ziq-zaq var formada ötmə, manevr etməklə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyiniz qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığınızı unudursunuzsa bu sadəcə məsuliyyətsizlikdir. Sonu isə heçdə hər zaman inzibati məsuliyyətlə bitmir".

A.Əsgərli vurğulayıb ki, sükan arxasına əyləşən hər bir sürücü yoldakı vəziyyətə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilir:

"Buna görə də təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir ki sonradan bilmədim, görmədim, tələsirdim kimi bəhanələrin reallığın dəyişmədiyini bilsin!

Piyadaların da diqqətinə bir daha çatdırırıq ki, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin. Çalışın ki yolunuzu son mənzilə yox, mənzil başında sizi gözləyən doğmalarınızın yanına salasınız!"

Tarix
2023.04.04 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla