Yuxarı

Adlarını yazdırıb bağçaya gəlməyən uşaqlar… - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adlarını yazdırıb bağçaya gəlməyən uşaqlar… - Nazirlik

Adlarını yazdırıb uzun müddət bağçaya gəlməyən uşaqların xaric olunması ilə bağlı müəyyən prosedurlar hazırlana bilər.

Axar.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır:

"Yay aylarında bağçalara qəbul prosesi açılacaq. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideynlər növbə gözləyir”.

Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə monitorinq aparılır:

“Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmir. Bağçalarda 75-85 % davamiyyət olur. Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmir. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".

Tarix
2023.04.13 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla