Yuxarı

Yeni vəzifəyə təyin olunan Kərimovdan ilk açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni vəzifəyə təyin olunan Kərimovdan ilk açıqlama

Aparılan geniş islahatlar vəkillik institutundan yan keçməyib. Son dövrlər ölkəmizdə vəkillik institutunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.

Axar.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmədə Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.

O bildirib ki, ölkə başçısının məlum Fərmanının icrası çərçivəsində məhkəmə-hüquq sistemində bir sıra uğurlu islahatlar aparılsa da, qarşıda görüləcək işlər var:

“Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərlə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə - “Femida Dialoq Platforması” layihəsinə start vermişik”.

Ali Məhkəmənin sədri deyib ki, Femida Dialoq Platformasının məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir:

“Femida Dialoq Platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu da təsadüfi deyil. Çünki Vəkillər Kollegiyasının üzvləri məhkəmə-hüquq sistemində önəmli funksiyanı yerinə yetirirlər. Bu gün biz həm məhkəmə-hüquq sistemində görülən işlər, hazırki vəziyyət barədə danışacağıq, həm də vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq”.

Tarix
2023.04.20 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq - Prezident

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə - Canlı

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mükafatı almaq böyük şərəfdir - Əliyev

Ermənistan Azərbaycana mal ixrac edəcək

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla