Yuxarı

Məktəbdə şagirdlər qumar oynadı: DİN hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbdə şagirdlər qumar oynadı: DİN hərəkətə keçdi

Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.

O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb:

"Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb".

DİN rəsmisinin sözlərinə görə, valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Tarix
2023.04.25 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla