Yuxarı

Sənədsiz evi olanlara şad xəbər - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ASAN Xidmət mərkəzlərində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yalnız mənzillər (bina evi) üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar verilir.

Bu barədə Axar.az-a ASAN Xidmətin sözçüsü Anar Hüseynov məlumat verib.

A.Hüseynov fərdi yaşayış evləri (həyət evi) üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların (Forma 1) verilməsinə dair xidmətlərin göstərildiyini bildirib.

"Ancaq torpaq sahələrinə və fərdi yaşayış evlərinə ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi həyata keçirilmir", - deyə qurum rəsmisi əlavə edib

Qeyd edək ki, evlərin qeydiyyatı üzrə sənədlərin növlərindən və verilmə müddətindən asılı olaraq dövlət rüsumu və xidmət haqlarının məbləği dəyişir. Ətraflı məlumatı isə bu internet ünvanına daxil olaraq əldə etmək mümkündür.

http://asan.az/az/content/tree/223/dasinmaz_emlakla_bagli_emeliyyatlarin_qeydiyyati

Tarix
2015.12.01 / 08:00
Müəllif
Vüqar Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla