Yuxarı

Kredit borcu olanlara şad xəbər – Sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ildən qüvvəyə minəcək qanuna əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (140), pensiyaçılar üçün 115 manat (108), uşaqlar üçün 117 manat (108) məbləğində müəyyən edilib.

Axar.az xəbər verir ki, bu haqda prezidentin "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" sərəncamını şərh edərkən ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, dövlət başçısının sərəncamı banka borcunu ödəyə bilməyənlər üçün çox yaxşı xəbər sayılır:

"Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa). Əgər yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, onda vətəndaşın bundan şikayət etməyə haqqı var. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşın haqqı bütün hallarda qorunsun. Buna görə də vətəndaş nəinki məhkəmədə iddia qaldıra, hətta bundan Mlli Məclisə şikayət də edə bilər".

Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" sərəncam imzalayıb.

Tarix
2015.12.08 / 14:10
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla