Yuxarı

İrandan Azərbaycana keçmək istəyən 7 nəfər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Azərbaycana keçmək istəyən 7 nəfər tutuldu

Azərbaycan dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Axar.az-a verilən məlumata görə, dekabrın 19-da Biləsuvar rayo­nu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbay­candan İran istiqamə­tində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respub­lika­sı vətən­daşları saxlanılıb. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təh­lü­kə­siz­lik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış təd­bir­ləri nəti­cə­sində əcnəbi vətəndaşların dövlət sərhə­din­dən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış təd­birləri nəti­cə­sində isə Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhər sa­ki­ni Məm­mə­dov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmir­zeyidli kəndi əra­­zisindəki sərhəd zasta­va­sı­nın xidməti sahəsində dövlət sərhə­din­dən qeyri-qanuni yolla İran İslam Respublikasına keç­mə­yə cəhd göstərən Banqladeş Şoman Barman Çan­dra, Devan Muhammad Sa­lad­­din və onlara bələdçilik edən İran vətəndaşları Mu­­radi Möhsün Əhməd oğlu, Muradi Nadir Kio­mir­zə oğlu sax­lanı­l­­ıb.

Hadisə yerində sərhəd pozucularına məxsus "Maqneum" markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkarlanıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.12.29 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla