Yuxarı

DTX "vəzifəli” şəxsi ifşa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX "vəzifəli” şəxsi ifşa etdi

12:14

Məhkəmə-Hüquq Şurasının və məhkəmənin adından saxta sənədlər hazırlayan şəxs ifşa edilib.

DTX-dən Axar.az-a verilən məlumata görə, vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib olunmuş məktublar verdiyini bildirib. Göstərilən halların araşdırılması üçün vətəndaşın müvafiq müraciəti və təqdim etdiyi aidiyyəti sənədlər Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

DTX-də aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı vətəndaşlara məhkəmə işlərinin həllinə, adlarına əmlakların rəsmiləşdirilməsinə kömək edəcəyi barədə yalan vədlər verməsi, onların inamını qazanmaq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər hazırlayıb təqdim etməsi və bununla da vətəndaşların pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Bildiririk ki, bundan sonra da Məhkəmə-Hüquq Şurasının, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək qanunsuz əməllərə yol verən şəxslər barəsində zəruri tədbirlər görüləcəkdir.

Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər".

Tarix
2023.08.25 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla