Yuxarı

Keçmiş arvadına "sənə sürpriz edəcəm" dedi, evini yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş arvadına "sənə sürpriz edəcəm" dedi, evini yandırdı

Abşeronda boşandığı həyat yoldaşının və uşaqlarının yaşadığı evi yandırmaqda ittiham edilən Qürbət Şahverdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Axar.az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

İttihama görə, Qürbət Şahverdiyev həbsdən çıxdıqdan sonra boşandığı həyat yoldaşı E.Ş. ilə aralarında mənzilə mübahisə yaranıb. O, içkili halda birgə nikah dövründə yaşadıqları Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki fərdi yaşayış evinə gedib. Keçmiş həyat yoldaşını və övladlarını oradan çıxarıb. Bundan sonra siqaret yandıraraq, istifadə etdiyi alışqanı yanılı vəziyyətdə yatağın üzərinə atıb. Alışqanın sönməyəcəyinə əmin olaraq həyətə düşüb. Daha sonra evin yandığını görüb. Nəticədə təqsirləndirilən şəxs 50 000 manat dəyərində əmlakı qəsdən yandırmaqla xeyli miqdarda ziyan vurub.

Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı bildirib ki, Qürbət hadisədən bir neçə gün əvvəl "sənə sürpriz edəcəyəm" deyib. Sonra isə sözügedən hadisəni törədib.

Məhkəmənin hökmü ilə Qürbət Şahverdiyev 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Tarix
2026.06.11 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla