Yuxarı

30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

Axar.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib.

Eynallı kənd qəbirstanlığında keçirilən vida mərasimində şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

Əsəd Məmmədovun məzarına tər güllər düzülüb, əklillər qoyulub.

Üçrəngli Azərbaycan bayrağı şəhidin oğluna təqdim olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.

Tarix
2023.09.11 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyevdə Azərbaycan restoranı darmadağın edildi - Foto

Bu ölkələrin başçıları Xankəndidədir

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

Azərbaycan diasporunun fəaliyyəti yoxlanılsın - Mironov

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Bayramov Xankəndidə Pakistan XİN başçısı ilə görüşdü

Prezident Ağdam səfəri ilə bağlı video paylaşdı

Pezeşkian Füzuliyə gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla