Yuxarı

Bu günün hava proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Axar.az" AzərTAc-a istinadən xəbər verir ki, havanın temperatur gecə 7-10° şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 7-9° şaxta, gündüz 1-3° şaxta olacaq.

Atmosfer təzyiqi normadan xeyli yüksək 780 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq. Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq.

Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 13-18°, gündüz 2-7° şaxta təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 6-11°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 13-18°, gündüz 3-7° şaxta təşkil edəcək.

Tarix
2014.02.02 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla