Yuxarı

Əsas güclər Ermənistanın arxasında idi - Əliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində.

Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.

Xalqımızın böyük faciələrlə üz-üzə qaldığını, bir milyon insanın evsiz-eşiksiz qaldığını, torpaqlarımız tamamilə dağıdıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq”.

Tarix
2023.10.15 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada Türkiyəyə qarşı oyun: “qətliam” iddialarını kim yayır?

Suriyada “azərbaycanlı general” təbliğatı: Bakı xilas edə bilər

Timoşenkodan Almaniyaya cavab: Qanımız bahasına?..

Bunun məsuliyyətini Türkiyə daşıyır - Arakçı

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla