Yuxarı

Kəmaləddin Heydərov Tovuzda sakinlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Tovuzda sakinlərlə görüşdü

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 oktyabr 2023-cü il tarixində Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin qəbulunu keçirib.

FHN-dən Axar.az-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Tovuz şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Tarix
2023.10.28 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla