Yuxarı

Bakıda jurnalistin evi qarət olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda jurnalistin evi qarət olundu - Foto

Bakıda jurnalistin evi qarət olunub. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. "Azvision.az" saytının əməkdaşı Elvin Abdulqədirovun Binə qəsəbəsi, "Yeni yaşayış" massivində yerləşən evinə girən oğrular oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, televizor, kompüter, planşet və nağd pul aparıblar.

Jurnalistin APA-ya verdiyi məlumata görə, ötən axşam baş verən hadisə zamanı evdə heç kəs olmayıb. Belə ki, həyət qapısının çöldən qıfılladığını və həyətdə işığın yanmadığını görən oğrular, hasardan atlanaraq evin plastik pəncərəsini açaraq içəri daxil olublar. Onlar evin bütün otaqlarını alt-üst ediblər. Evdə heç kəsin olmadığından istifadə edən oğrular jurnalistin və həyat yoldaşının nişan üzüyünü də aparıblar.

Hadisə xəbər tutan jurnalist dərhal polisə məlumat verib. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Onlar oğruların barmaq izlərini qeydə alıblar.

Jurnalist eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinə müraciət edərək, cinayətkarların tezliklə tapılmasını xahiş edib.

Qeyd edək ki, Binə qəsəbəsində son 10 gün ərzində 2 mənzil və bir ərzaq mağazasından oğurluq edilib. Sakinlər oğurluq hallarının artmasından narahat olduqlarını bildiriblər.

Tarix
2016.01.20 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla