Yuxarı

Yeni müdafiə sənayesi naziri kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevi müdafiə sənayesi naziri təyin edib.

Axar.az yeni nazirin dosyesini təqdim edir:

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – menecment, 2010–2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə biznesin idarə edilməsi (MBA) magistr proqramı üzrə təhsil alıb.

2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

2009-2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012-2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.

Ailəlidir. İki övladı var.

Tarix
2023.11.18 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya acizlikdən Azərbaycana belə oyunlar oynuyur - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

Mühacirani brifinqə xəritə ilə çıxdı: Zəngəzur dəhlizi... - Video

Paşinyan Avropa Şurasının sədri ilə danışdı

Vardanyan ermənilərin türklərlə bağlı bu sözlərinə əsəbiləşdi

Millətçilərin Azərbaycanla bağlı təsəvvürləri yanlışdır - Vali

Bakı və İrəvan arasında sülh İrana ziyan vurmur - İran KİV

Simonyan sülh sazişindən danışdı: Qorxu olmadan...

Poqosyan: Ermənistan Azərbaycan üçün bu cür ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla