Yuxarı

Qubada məşhur istirahət mərkəzi bağlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin yoxlanılması barədə akt tərtib edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Asma körpü” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Tarix
2025.08.12 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir?

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla