Yuxarı

“Azəryolservis” fövqəladə rejimə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəryolservis” fövqəladə rejimə keçdi

Respublika avtomobil yollarının qar və buzdan təmizlənməsi üçün 689 ədəd, Bakı şəhərinin yollarına xidmət göstərmək üçün isə 382 ədəd texnika və maşın-mexanizm cəlb olunub.

Bu sözləri Axar.az-a Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində mövcud olan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azəryolservis" gücləndirilmiş iş rejiminə keçib:

"Gecə boyu və səhər saatlarında yolların qardan təmizlənməsi, buzlaşmış ərazilərə duz və qumun səpilməsi istiqamətində işlər dayanmadan aparılıb. Aparılmış işlər nəticəsində nəqliyyatın hərəkətində hər hansı bir fasilə baş verməyib.

Hazırda da Bakı şəhərinin küçə və prospektlərində, kənd və qəsəbələrə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yaşanmır. Nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması üçün işlər davam etdirilir. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı var.

Qarın dayanmadan yağması və güclü şaxtanın olması ucqar dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində müəyyən qədər problemlər yaradıb. Həmin yolların da qardan və buzdan təmizlənməsi istiqamətində fasiləsiz olaraq işlər aparılır".

Qeyd edək ki, hazırda respublikanın avtomobil yollarında da nəqliyyatın hərəkətində ciddi problem yaşanmır.

Respublika əhəmiyyətli bütün avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

Tarix
2016.01.26 / 09:47
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla