Yuxarı

FHN-dən sosial şəbəkələrdə yayılan videoya münasibət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi bir sıra sosial şəbəkə səhifələrində Bakı şəhərində inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8mm olmasının iddia edildiyi videoya münasibət bildirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilAməklə "TRVEGE" MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır.

"Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir".

Məlumatda qeyd olunub ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayıb yaydığını etiraf edib.

Tarix
2023.12.04 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla