Yuxarı

Faktiki hava: Şahdağa qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-ə çatıb.

Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub.

Tarix
2023.12.10 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla