Yazarlar qar üzərində nə yazdı
Hər il qış mövsümündə havalar soyuyub, şaxta düşən kimi ölkədə
bəzi problemlər yaranır. Bu il də xoşagəlməz hadisələrdən qurtula
bilmədik. "Axar.az" olaraq bu dəfə yazarlarımızın fikrini öyrənmək
istədik. Onlar havaların kəskin dəyişməsinin yaratdığı hansı
fəsadlarla üzləşib və hansı "macəraları" yaşayıblar.
Bizdə hələ ki, problem
mənəm

Qismət Rüstəmov: "Qar hələ ki, evdə heç bir problem yaratmayıb.
Əsas yollarda, küçələrdədi, yollar buzlaşıb, adamlar yıxılırlar.
Bizdə hələ ki, problem mənəm - yıxılmışam".
İki-üç ildir özümüzü sığortalayırıq

Zümrüd Yağmur: "Mən həyət evində yaşadığımdan yaxşı ki, tədbirli
davranmışıq və ancaq özümüz qışa hazırlıq gördüyümüzə görə, heç bir
problem yaşamadıq. İşıqlar söndü, generator istifadə etdik, su
dondu, su çənindən, qaz kəsildisə evdə həm istilik, həm də mətbəxdə
işlətməyə yararlı olan balonlardan istifadə etdik. Bu üzdən evdə
bir problem olmadı. Yəni deməyim o ki, biz qış mövsümündəki
problemləri bildiyimizə görə 2-3 ildir ki, özümüzü sığortalayarıq.
Yollara gəlincə, hamının yaşadığı problemləri yaşadıq. Yaşadığımız
Mehdiabad qəsəbəsində nə İcra nümayəndəliyi, nədə bələdiyyədən hər
hansı bir
tədbirin görüldüyünün şahidi olmadıq və yollar Bakıda olduğundan
da bərbad və yararsız haldadır".
Qışa hazır deyiləm
Faiq
Balabəyli: "Qışa hazır deyiləm. Şaxta özünü balaca göstərən kimi
suyumuz kəsildi. Xətaidə bir Əjdaha peyda oldu, bizim qəsəbəyə -
Əbilov qəsəbəsinə gələn suyun qarşısını kəsdi. "Su mənim həyətimdən
keçir, bac-xərac verin",- dedi. Bu haqda mətbuatda da getdi.
Minlərlə susuz qalan sakinin biri də mən oldum. Rayon İcra
Hakimiyyəti 3 gün 3 gecə həmin "əjdaha" ilə çarpışdı və uduzdu.
Məcbur olduq başqa xətdən su çəkək. İndi də borular donub, su
gəlmir. Qazın qazı alınmasa da, köpü alınıb, otaqları tam isidə
bilmir. Yollar buz bağlayıb. Dünən, fevralın 2-si axşam su gətirmək
üçün qonşu məhəlləyə getdim. Yıxıldım. Təcili tibbi yardım
maşınında həkimlər vaxtında gəlsələr də, vaxtında yardım edə
bilmədilər. Çünki 50-60 metrlik yolun buzu onların 49 dəqiqə
vaxtını aldı, 50-ci dəqiqədə yetişdilər. Respublika klinik
xəstəxanası şəhər qeydiyyatında olduğum üçün məni qəbul etmədi. Biz
rayonda yaşayan kontingentə baxırıq, özü də gərək göndəriş ola.
Yazıçılar Birliyinin poliklinikasında mənə kəllə-beyin silkələnməsi
diaqnozu qoyuldu. İlk tibbi yardım göstərildi".
Qış mənə ləzzət edir

Zahid Sarıtorpaq: "Qış mənə ləzzət edir. Mən köhnə Günəşlidə
qalıram - dağın üstündə, bu tərəflərdə qardı, büzdü, elə əsil qış
keçir. Harasa getmək lazım olanda oğlum maşınla aparır, amma yollar
buzdur, maşın sürüşür. Əlbəttə ki, əziyyət çəkirik, hətta tək mən
yox, çox insanlar əziyyət çəkir".
Qış bizə yaraşmır
Kənan
Hacı: "Qar gözəllikdir. Amma bu gözəlliyə xələl gətirən şeylər də
var ki, bunu tək mən yox, şəhər sakinlərinin əksəriyyəti hiss edir.
Xüsusən, orta və aşağı təbəqə çoxlu problemlərlə üzləşir. Maşınım
indiyəcən Dərnəgül yolunda qalib. O tərəfin yolları ümumiyyətlə,
sakit havalarda da bərbad vəziyyətdə olur. O yoldan maşınla keçmək,
sadəcə, cəhənnəm əzabıdır. Qar yağan gün işıq və qaz da kəsilmişdi
. Bu da problemdir. Yəni vəziyyət ürəkaçan olmadi. Qış bizə
yaraşmır".
Fəsadı qardan çox insanlar özü yaradır

Emin Piri: "Qar nə qədər sevdiyim təbiət hadisəsi olsa da,
çətinlik olmadığını söyləyə bilmərəm. Bakıda işlədiyimdən hər gün
Sumqayıtdan gəlməli oluram. Ən böyük çətinliyi isə bu yaradır. Belə
qarlı havalarda səhər ya marşrut işləmədi, ya da taksilər bir
sərnişini 10-15 manata gətirirdilər. İlk gün isə nə qədər təəccüblü
olsa da, 50 manata gətirənlər də var idi. Hətta yaxın mağazalarda
ilk gün çörək tapılmadığından Bakıdan alıb aparmalı oldum. Belə
havalar Abşeron üçün yad olduğuna görə cəmiyyət özü də nə etdiyini
bilmir. Fəsadı qardan çox insanlar özü yaradır".
Qış Bakıya yaraşmır ki,
yaraşmır

Fərqanə Mehdi: "Saatlarla
avtobus gözləmişəm. 62 nömrəli avtobusu. Evdə su donub. İstilik
sistemi çox zəifdir. Qış Bakıya yaraşmır ki, yaraşmır".
Küçə də bir-iki dəfə
yıxılmışam

Cəlil Cavanşir: "Hal-hazırda iş yerində su donub, qaz yoxdur,
işıqlar da sönüb. Evdə hələ ki, normaldı. Havanın belə pis keçməsi
və yolların buzlaması əks təsirini göstərib. Küçədə bir-iki dəfə
yıxılmışam. Bu yaxınlarda yaxın dostumuz şair Qismət yıxılıb və
ayağı sınıb".