Yuxarı

Hacıqabulda Mart soyqırımına aid insan sümükləri tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qubalı Baloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

Tarixçilər ərazidə tapılan insan sümüklərinin 31 Mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal edib. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalı-Baloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

Tarixçilər hesab edir ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.

Tarix
2023.12.25 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Maltanı təbrik etdi

Adnan Bakıda “Barselona” prezidentinə qəlyan çəkdirir - Video

Ruanda prezidentinin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev bu konfransın iştirakçılarına müraciət etdi

Ruanda prezidenti Formula-1 yarışını izləməyə gəldi

İsrail 7 ölkəni vurdu: “Ərəb NATO-su” yaranır - Türkiyə də...

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

İlham Əliyev Malta prezidentini təbrik etdi

Bakıda cütlüyün nikahına prezident də gəldi - Video

AzTV-nin keçmiş sədri vəfat etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla